Marketinq meneceri

  • Setex Group
  • Elanın qoyulma tarixi: 22.05.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətimiz , Setex Group şirkətlər qrupu 1998 ci ildən Azərbaycanda Fashion Retail sahəsində fəaliyyət göstərir. Levi’s , Greyder, English Home, Soobe, Mavi , Colin’s kimi tanınmış geyim brendlərini Azərbaycanda təmsil edir.

Vəzifə : Marketinq meneceri

İş yeri : Bakıda ( Cəfər Xəndan küçəsi 40 A ) yerləşir.
İş rejimi : Həftədə 6 gün
Əmək haqqı - Namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə əsası bazar qiymətinə uyğun olaraq, təyin olunacaq.

Vəzifə öhdəlikləri:

● Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
● Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
● Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətini həyata keçirmək;
● Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
● Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
● Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
● Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
● Anket sorğularının, müsahibələrin planlaşdırılması və yerinə yetirilməsini təşkil etmək;
● Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
● Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;

Namizədə Tələblər:

● Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
● Marketinq sahəsində minimum 3 il iş təcrübəsi mütləqdir;
● Azərbaycan dili - yüksək, İngilis və rus dilləri arzuolunandır;
● Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
● Dürüslük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı
● Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik
● Komandada işləmə və komandanı idarəetmə

Uyğun və maraqlanan şəxslər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “ Marketinq meneceri” qeyd etməklə ([email protected]) ünvanına göndərə bilərlər.