Satış təmsilçisi

  • By Telecom
  • Elanın qoyulma tarixi: 20.05.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış təmsilçisi

• Müştərilərlə işləmək bacarığı
• Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi
• Azərbaycan və Rus dillərini səlis bilməli
• Kompüter və ofis avadanlıqlarından istifadə
• İşgüzar ünsiyyət etikası
• Təhsil: Orta ixtisas/Ali təhsil.

Vəzifə təlimatı:

• Müştərilərə mağazada olan kampaniyalar, müştərilər üçün təşkil edilən servis və quraşdırma, kredit, sığorta və çatdırılma xidmətləri haqqında ətraflı məlumat vermək
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı məlumat vermək
• Şirkətin müştəri xidməti standartlarının mağazada icrasi üzrə “İrad və Təkliflərini” Mağaza rəhbəri ilə bölüşmək
• Müştərilərə özəl xidmət göstərilməsində birbaşa iştirak etmək və şirkət qaydalarına uyğun yönləndirmək
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək və satış prosesi sona çatana qədər müştərini müşayət etmək
• Satış proseduruna uyğun məhsullar haqqında, onların funksiyaları, iş mexanizmi, zəmanət şərtləri ve servis xidməti haqqında tam, hərtərəfli məlumatlar vermək, əlavə olaraq müştəriyə məhsul ilə istifadə oluna bilən aksesuarlar və köməkçi vasitələr təklif etmək.

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini ([email protected]) elektron poçtuna göndərməlidir.
"Mövzu" qismində müraciət edilən vakansiyanın adı və filialın qeyd olunması mütləqdir.