SAP MM Modul üzrə Aparıcı Mütəxəssis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 03.05.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

AZƏRSUN HOLDİNQ

Vakansiyanın adı: SAP MM Modul üzrə Aparıcı Mütəxəssis

Namizədə aid tələblər:

- Ali təhsilli (sənaye mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat) olmalı;
- Minimum 3-5 il təcrübəsi olmalı;
- Azərbaycan və ingilis dili bilikləri olmalı;
- MM modulu ilə əlaqədar SAP konfiqurasiyalarını bilməli;
- MM modulunun maliyyə- muhasibatlıq (FI), Satış-paylama (SD) və istehsal (PP) modulları ilə inteqrasiya nöqtələrini bilməli və konfiqurasiyasını bacarmalı;
- SAP layihələrinin idarə edilməsi baxımından ASAP metodologiyasını bilməli;
- Konseptual dizayn sənədini hazırlamağı bacarmalı;
- İş Proseslərinin analiz edilməsi və təkmilləşdirilməsi üçün proses, proses idarəsi, BPR metodunu bilməli və iş axış cədvəllərini hazırlamağı bacarmalı;
- İstifadəçilərə təlim vermək və əl kitabçası hazırlamaq qabiliyyəti olmalı;
- Analitik düşünmək və problem həll etmək bacarığı;
- Asan ünsiyyət qura bilməli.

İş haqqında məlumat:

- Şirkətlər Qrupunun hədəfləri və təşkilati prioritetləri istiqamətində tədarük zənciri proseslərinin analizini və sistem üzərində təkmilləşdirilməsini təmin etmək.
- Vəzifə üzrə işlərin təyin olunan standartlar (ASAP) və qrup prosedurları çərçivəsində nizamlı olaraq həyata keçirilməsini təmin və təqib etmək.
- İcra etdiyi xidmətlər ilə əlaqədar ola biləcək riskləri müəyyən etmək və qarşısının alınması üçün fəaliyyət göstərmək.
- İşi ilə əlaqədar ən yaxşı təcrübələri və texnologiyaları araşdırıb, məhsuldarlıq artışını yenilikçi həllərin tətbiq edilməsini təmin edəcək proyektlər yaratmaq.
- İş proseslərini analiz etmək, təkmilləşdirilməsi istiqamətində iştirak etmək və lazımi sənədləri (to-be),(as-is) hazırlamaq.
- İş proseslərinin iş axış cədvəllərini hazırlamaq.
- Konseptual dizayn sənədini hazırlamaq, iş sahiblərinə təsdiqlətmək.
- İş ilə əlaqədar konfiqurasiyaları SAP sistemində zamanında və doğru şəkildə tamamlamaq.
- İş ilə əlaqədar baza məlumatları (hesab, müştəri, satıcı, əsas vəsait, məsrəf və gəlir mərkəzi və s.) hazırlamaq.
- Sistemdəki uyğunlaşdırmalar çərçivəsində test ssenarilərini hazırlamaq və bütün iş proseslərini test serverlərində test etmək.
- İstifadəçilərə iş proseslərini tam ifadə edəcək şəkildə təlim vermək və əl kitabçasını hazırlamaq.
- İstifadəçi yetkiləndirmə matrisini hazırlamaq və təmin etmək.
- İş proseslərini canlı sistemdə iş sahiblərinə təhvil vermək və lazımi dəstəyi göstərmək.
- İşlərin təyin olunan hədəf və prioritetlər istiqamətində irəlilədiyini təqib etmək.
- Aşağı vəzifəli işçilərin performanslarını və motivasiyasını artırmaq üzrə maarifləndirmək, istiqamətləndirmək; komanda işini və əməkdaşlığı təşviq etmək.
- Göstərilən vəzifə və məsuliyyətləri ilə əlaqədar olaraq lazımi məlumatları, hesabatları və ortaya çıxan problemləri aidiyyatı şəxslərə raporlamaq.
- Proqram standartı xaricindəki tələblərlə bağlı funksional spesifikasiyaları hazırlamaq
- Canlı sistemdə istifadəçilərin qarşılaşdıqları problemləri incələmək və həll etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“SAP MM Modul üzrə Aparıcı Mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşəgötürənin reytinqi