Əməliyyatçı (İsmayıllı)

  • NBCO KredAqro
  • Elanın qoyulma tarixi: 01.05.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əməliyyatçı (İsmayıllı)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC İsmayıllı şəhərində yerləşən filialı üçün Əməliyyatçı vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Müştərilər barədə Məlumat informasiya sistemindən məlumatların əldə edilməsi;
• Müştərilər üçün hesabların açılması;
• Kredit ödənişlərinin vaxtında ödənilməsinin yoxlanmasına nəzarət etmək;
• Tələb olunan müqavilələrin hazırlanması;
• Daxil olan zəngləri qəbul etmək və cavablandırmaq;
• Müvafiq sənədlərin, faksların qəbul etməsini və göndərilməsini təmin etmək;
• Ofisdə kargüzarlıqla bağlı bütün işlərin yerinə yetirmək;
• Ofisdə işləyən əməkdaşlara müvafiq inzibati köməklik göstərmək;
• Kredit sənədlərin arxivləşdirilməsi və qorunmasını təmin etmək.

Tələb olunan keyfiyyətlər:

• Ali və ya orta ixtisas təhsili;
• Yaşayış yeri: İsmayıllı ərazisi;
• Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi.
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
• Korporativ nömrə ilə təmin edilmə;
• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Əməliyyatçı, İsmayıllı) qeyd etməklə göndərmələri xahiş olunur.

KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.