Sənin Təcrübə Programın

İşin təsviri

“Sumqayıt Texnologiyalar Parkı” MMC 2020-ci il üçün “Sənin Təcrübə Programın” adlı ödənişli, təcrübə tələb etməyən vakant iş yerləri üzrə Təcrübə Proqramı elan edir.

SƏNİN TƏCRÜBƏ PROQRAMIN” Təcrübə Proqramı

18-30 yaşlı gənclərin ixtisas/peşə üzrə biliklərinin artırılması və bacarıqlarının iş sahəsində inkişaf etdirilməsi məqsədi ilə STP MMC-də təcrübə qazanmaq imkanı yaradır.

Kimlər müraciət edə bilər:

Orta, peşə ixtisas, lisey, kollec, ali təhsili olan şəxslər aşağıdakı sahələr üzrə müraciət edə bilər.

Təcrübə üzrə vakansiya - Təhsil tələbi

1 Mühəndis avtomatik - Ali
2 Mexanik - Orta/ Peşə / Ali
3 Operator - Orta/ Peşə / Ali
4 Avtomobil təmiri üzrə usta - Orta/ Peşə / Ali
5 Elektrik montyoru - Ali
6 İlməkçi / Fəhlə (Yükləyici) - Orta/ Peşə / Ali
7 Laborant - Ali
8 Polimer qaynaqçısı - Orta/ Peşə / Ali
9 Qaynaqçı (əl-elektrod, yarımavtomat, arqon) - Orta/ Peşə / Ali
10 Quraşdırıcı çilingər - Orta/ Peşə / Ali
11 Təmirçi çilingər - Orta/ Peşə / Ali
12 Rəngsaz - Orta/ Peşə / Ali
13 Qumlayıcı - Orta/ Peşə / Ali
14 Hidravlik-çilingər - Orta/ Peşə / Ali
15 Elektrik-çilingər - Orta/ Peşə / Ali
16 Tornaçı - Orta/ Peşə / Ali
17 Dülgər - Orta/ Peşə / Ali
18 Qaz kəsicisi - Orta/ Peşə / Ali

Şərtlər:

İş qrafiki: 5 günlük iş həftəsi (08:00 – 17:00)
Müddət: 6 ay
Təcrübəyə qəbul: Ödənişli əsaslarla (300 AZN xalis)
Əlavə olaraq: Nəqliyyat xidməti və nahar vasiləsi ilə təminat

Tələblər:

• Təhsili təsdiq edən sənədlər (əgər varsa)
• İştirak etdiyi əlavə kurs, təlimləri təsdiq sənədləri (əgər varsa)

Müraciətlər:

CV formalarınızı 20 may 2020-ci il tarixinədək mövzu hissəsində “STP 6 aylıq təcrübə proqramı” qeyd etməklə [email protected] ünvanına göndərməniz xahiş olunur. 20 may 2020-ci il tarixindən sonra göndərilən müraciətlər ehtiyat CV bazasına daxil ediləcək, təcrübə proqramı üçün baxılmayacaq.