Satış məsləhətçisi

  • Novas Home
  • Elanın qoyulma tarixi: 07.04.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Novas Home”mağazalar şəbəkəsi mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəxalətləri, təmizlik vasitələri, uşaqaləmi, bağ-bağçaalətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid 20 000 çox müxtəlif çeşid məhsulların pərakəndə satışını həyata keçirir. Hazırda 6 filial fəaliyyət göstərir.
Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Novas Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Satış məsləhətçisi

Vəzifə öhdəlikləri

• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək

Namizədə dair tələblər:

• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı

İş şəraiti

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• 8 saatlıq iş rejimi, həftədə bir gün istirahət günü
• Nahar şirkət tərəfindən təmin olunur
• Şirkət daxili təlim və inkişaf imkanları
• Karyera yüksəlişi imkanı
• Əmək haqqı : 320 AZN sabit (net) + mükafat/bonus (Birinci Ay 420 AZN)
• Yeni Yasamal ərazisində işləyə bilənlərə üstünlük veriləcək

Vakansiyaya müraciət üçün CV-ləri “Satış məsləhətçisi” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.