PythonFundamentals, Flask / Django üzrə backend təlimçi

  • ATL Academy
  • Elanın qoyulma tarixi: 03.04.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL Academy proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və texnologiya sənayesinin tələblərinə cavab verən innovativ təhsil müəssisəsidir. Akademiyamızda Mühəndislik məktəbinin “Code School”, “Product School”, “Cloud Computing School” istiqaməti var . Code School Software Development Fundamentals, Backend və Frontend Software Development proqramlaşdırma təhsili üzrə ixtisaslaşmış bootcamp və seçməli dərslər formatında tədris həyata keçirir. Təlimlər geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir. Praktiki vərdişlər bir başa ATL Tech şirkətinin təcrübəli komandası ilə həyata keçirilir.

Vakansiya: PythonFundamentals, Flask / Django üzrə backend təlimçi

Vəzifə öhdəlikləri

- ATL Academy-nin Python dili üzrə müvafiq qruplarında online və onsite dərslərin tədris olunması;
- Əvvəlcədən hazırlanmış syllabus əsasında materialın tələbələrə çatdırılması;
- Keçilmiş dərslərin müəyyən edilmiş qaydada qeydlərinin hazırlanması və akademiyaya təqdim edilməsi;
- Tələbələrə keçilmiş dərslərə uyğun olaraq hazırlıq materiallarının və çalışmaların təqdim edilməsi;
- Akademiyanın keçirdiyi imtahanlar üçün test bazasının hazırlanmasında yaxından iştirak etmək.

Vakansiya üzrə tələblər:

Tədris edilən fənn sahəsində təcrübə

• Aşağıda qeyd olunan texnoloji sahələrdə (və ya bir qismində) texniki biliyin olması:

 IDE and environment setup;
 Python language;
 Algorithms and Data Structures;
 Essential Design Patterns;
 Regular Expressions;
 Git version control;
 Django framework;
 Database queries;
 REST/JSON queries with Postman or similar tool;
 HTTP protocol, Cookies, Headers, Status Codes, Request/Response structures;
 Swagger basics;
 Docker basics;
 Unit tests with tox or similar tool;
 Internationalization.

Maraqlanan namizədlərdən linkə https://career.atltech.az/vacancy/166 keçid edərək, mürəciətlərini təsdiq etmələri xahiş olunur. Yalnız uğurlu namizədlər ilə əlaqə saxlanılacaqdır.