Proqram təminatı üzrə tester

  • Bestcomp Group
  • Elanın qoyulma tarixi: 12.03.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Proqram təminatı üzrə tester

Vəzifə öhdəlikləri:

∙ Proqram tələblərini nəzərdən keçirmək və test senarilərini hazırlamaq;
∙ Proqramın istifadəsi ilə bağlı testlərin aparılması;
∙ Tətbiq olunan proqram təminatı ilə bağlı bütün aspektlər barədə hesabat hazırlamaq və dizayn qrupuna hesabat vermək;
∙ Bütün mərhələdə testləri həyata keçirmək (Sistem, İnteqrasiya, Miqrasiya) ;
∙ Lazım olduqda avtomatlaşdırma skriptlərini test etmək;
∙ Proqram qüsurlarını və uyğunsuzluqlarını aşkar etmək və düzəldilməsi üçün lazımi iş icracısına yönəldərək, həll edilməsini tələb etmək və test etmək;
∙ İstifadəçi təlimatlarını və test senarisi sənədlərini hazırlamaq.

Tələblər:

∙ Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı;
∙ Proqram testi dizaynı və test metodologiyası haqqında müasir biliklər;
∙ Test üsulları və müxtəlif proqramlar ilə uyğunluq barədə iş bilikləri;
∙ Proqramlaşdırma bilənlərə üstünlük verilir;
∙ Əla ünsiyyət və tənqidi düşünmə bacarıqları;
∙ Yaxşı təşkilatçılıq və detallı yönümlü zehniyyət;
∙ Eyni anda birdən çox problemi həll etmək bacarığı;
∙ Stress mühitində işləmək bacarığı;
∙ Vaxtı idarəetmə bacarığı;
∙ İstifadəçilərin proqramla bağlı yaranmış xətalarının araşdırılması və həll edilməsi;
∙ Dil bilikləri: Azərbaycan, Rus və İngilis;
∙ İnformasiya texnologiyaları sahəsində ali təhsil alan namizədlərə üstünlük verilir.

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “ Proqram təminatı üzrə tester ” qeyd etməklə göndərə bilərlər.

Əmək haqqı razılaşma yolu ilə

İşəgötürənin reytinqi