Pərakəndə və Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis/menecer

İşin təsviri

Azərbaycan Beynəlxalq Bankı namizədləri Tranformasiya Ofisi Pərakəndə və Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis/menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Pərakəndə və Rəqəmsal bankçılıq üzrə strateji təşəbbüslərin həyata keçirilməsi məqsədilə, müvafiq struktur bölmələrinə koordinasiya, təcrübə, ideya və məzmün dəstəyini vermək;
 Təşəbbüslərin həyata keçirilməsi zamanı üzə çıxan baryerləri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;
 Zərurət olduqda, müəyyən təşəbbüslərin həyata keçirilməsi məqsədilə məsləhətçilərin dəvət edilməsini təmin etmək;
 Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi müvafiq struktur bölmələri ilə razılaşdırılmış halda öz üzərinə götürmək, belə təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
 Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, təşəbbüslərə sahiblik edən və dəstəkləyici struktur bölmələrindən onların icrasına mane olan səbəblər, həmin səbəblərin aradan qaldırılması istiqamətində planlaşdırılan və atılmış addımlar barədə məlumat almaq;
 Transformasiya proqramının Pərakəndə və Rəqəmsal bankçılıq istiqaməti üzrə ümumi inkişaf gedişatına dair hesabatları hazırlamaq və kommunikasiyasını həyata keçirmək

Vakant vəzifə üzrə tələblər:

 İqtisadiyyat və bənzər istiqamət üzrə Ali təhsil;
 Məhsulların yaradılması, Satışlar və ya Elektron bankçılıq istiqaməti üzrə ən azı 3 il iş təcrübəsi;
 İngilis və Rus dillərində yaxşı səviyyədə ünsiyyət və yazı bacarıqları;
 Yüksək motivasiya və əla kommunikasiya bacarıqları;
 Yüksək səviyyədə MS Office proqramlarında işləmə bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 30 mart 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “TO Pərakəndə və Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis/menecer” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Əlavə məlumat üçün: www.ibar.az