İstehsalat üzrə böyük mühasib (Kabel və Alüminium zavodları üzrə)

İşin təsviri

Vəzifənin adı: İstehsalat üzrə böyük mühasib (Kabel və Alüminium zavodları üzrə)

Tabeçilik: Struktur bölmə rəhbərinə

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- İstehsal olunan məhsullar üzrə maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması;
- Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqayisə olunması;
- İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması;
- İstehsal sahəsində çalışan işçilərin əmək haqlarının və digər inzibati xərclərinin müəyyənləşdirilməsi və sistemə daxil edilməsi;
- Əsas vəsaitlər üzrə hər ayın sonunda amortizasiya hesablanmasının həyata keçirilməsi
- Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq material silinməsinin yoxlanılması və bunun üzərində nəzarət edilməsi;
- Əsas və köməkçi istehsalat sahəsində, eləcə də əsas istehsalat sahəsindən kənarda yerləşən xərc mərkəzləri üzrə xammal-materialların, əsas vəsaitlərin hərəkəti ilə bağlı sənədlərin Logo proqramına vaxtında daxil edilməsinə nəzarət edilməsi, hesabat ayı bitdikdən sonra 3 gün müddətində bütün xərc mərkəzləri üzrə istehsalın həcminin, xammal, material hesabatlarının Logo proqramından çap edilib imzalanmaqla və ilkin təsdiqedici sənədlərlə birlikdə tələb edilməsi;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

TƏHSİL/TƏCRÜBƏ:

- Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat təcrübəsi mütləqdir);
- Logo proqram təminatında işləmə bacarığı olmalı;
- İngilis dilinə malik namizədlər arzuolunandırlar;
- Məsuliyyətli, işə ciddi yanaşan, dürüst olmalı;
- Analitik düşüncəyə sahib olmalı.
- Excel proqramını əla səviyyədə bilməli

ƏLAVƏ MƏLUMATLAR:

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsalat üzrə Böyük mühasib” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“STP” MMC irqi, rəngi, dini, cinsi, milli mənşəli, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, “STP” MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin/işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunur.