Buddy “Mentor”

  • ATL Academy
  • Elanın qoyulma tarixi: 06.03.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL Academy şirkəti rəqəmsal transformasiya, rəqəmsal strateji inkişaf, Süni Zəka, proqram təminatlarının hazırlanması və inkişafı, sistemlərin inteqrasiyası, texniki layihələrin idarəedilməsi üzrə ixtisaslaşmış 10 ildən çox təcrübəsi olan ATL Tech şirkəti tərəfindən təsis edilmişdir.

ATL Academy proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və texnologiya sənayesinin tələblərinə cavab verən innovativ təhsil müəssisəsidir. Akademiyamızda Mühəndislik məktəbinin “Code School”, “Product School”, “Cloud Computing School” istiqaməti var . Code School Software Development Fundamentals, Backend və Frontend Software Development proqramlaşdırma təhsili üzrə ixtisaslaşmış bootcamp və seçməli dərslər formatında tədris həyata keçirir. Təlimlər geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir. Praktiki vərdişlər bir başa ATL Tech şirkətinin təcrübəli komandası ilə həyata keçirilir.

Vakansiya: Buddy “Mentor”

Namizədin qeyd olunmuş fənnlərin mükəmməl səviyyədə nəzəri və təcrübi biliklərə sahib olması mütləqdir;

 Sosial iş;
 Layihələrin idarə olunması;
 İctimaiyyətlə əlaqələr.

Namizədə tələblər;

 Yarım iş günü ( Part-time ) imkanına malik olmalı;
 Kompüter bacarığı (Microsoft Office) olmalı;
 Komanda ilə işləmə bacarığı olmalı;
 Təşəbbüskar , məsuliyyətli və dürüst olmalı;
 İşində yüksək motivasiyalı olmalı;
 20-24 yaş aralığında olmalı.

Maraqlanan namizədlərdən linkə https://career.atltech.az/vacancy/161 keçid edərək, mürəciətlərini təsdiq etmələri xahiş olunur. Yalnız uğurlu namizədlər ilə əlaqə saxlanılacaqdır.