İnsan Resursları üzrə mütəxəssis

  • Pak Dad Group
  • Elanın qoyulma tarixi: 05.03.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətimiz “Pak Dad” brendi adı altında 4 restoran, 7 fastfood və BalBadəm şirniyyat eviləri ilə artıq 12 ildir xidmətinizdədir. Artıq bir işəgötürən brendi formalaşdırmışıq. Biz öz karyerasını şirkətimizdə qurmaq istəyən hər bir səriştəli insanları bizimlə işləməyə dəvət edirik.

Vəzifə: İnsan Resursları üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə minimum 1 il
Təhsil: Ali
Yaş həddi: 25-30, kişi namizəd;
İşin təsviri: Kadr inzibatçılığı ilə əlaqədar prosesləri icra edəcəkdir.

Vəzifə öhdəlikləri:

- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aylıq iş uçotu tabellərini, məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
- Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.

Tələblər:

- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları.

İş qrafiki: 6 günlük iş qrafiki saat 9:00 -18:00 dək.
Əmək haqqı: müsahibə əsnasında təyin ediləcəkdir.

Təminatlar:

- Nahar ilə təmin edilir;
- Korporativ telefon nömrəsi ilə təmin olunur.

İR mütəxəssis” başlığı qeyd olunmaqla CV-nizi [email protected] poçt ünvanına göndərməyiniz xahiş olunur.