Boru quraşdırıcısı

İşin təsviri

Vəzifənin adı: Boru quraşdırıcısı

Tabeçilik: Struktur bölmə rəhbərinə

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Cizgilər üzrə boru xətlərinin quraşdırılması barədə təsəvvürə malik olmaq;
- Müxtəlif diametrli boruların, boru sistemlərindəki armaturların (siyirtmə, klapan və s.), dirsəklərin, diametr üzrə keçid hissələrinin boltlu flanslarla və qaynağa verilməsi üsulu ilə birləşdirilməsi (quraşdırılması) işlərini bacarmaq, bu işləri müvafiq prosedurlara və standartlara uyğun icra etmək;
- Boruların diametrləri, materialları, çəkisi kimi xarakteristikalar barədə məlumatlı olmaq;
- İş sahəsində alətlərlərdən, ləvazimatlardan, quraşdırma vasitələrindən, fərdi mühafizə vasitələrindən müvafiq prosedura və təhlükəsizlik qaydalarına əməl etməklə düzgün istifadə etmək;
- Daxili nizam-intizam, əmək mühafizəsi, yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və istehsalat qaydalarına riayət etməli.

TƏHSİL/TƏCRÜBƏ:

- Orta-texniki təhsil;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Metalların və boruların növləri/tərkibi barədə məlumatlı olmalı;
- Verilmiş cizgilərə əsasən metal hissələri və boruları quraşdırmağı bacarmalı;
- Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

ƏLAVƏ MƏLUMATLAR:

- Əmək haqqı 600-750 AZN xalis, istehsalat zərurətilə əlaqədar əlavə işə cəlb olunmaya görə ARƏM-ə uyğun ikiqat əmək haqqı ödənilir.
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Boru quraşdırıcısı” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“STP” MMC irqi, rəngi, dini, cinsi, milli mənşəli, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, “STP” MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin/işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunur.