Satış təmsilcisi (Şəki rayonu)

İşin təsviri

İşə götürən: “AISCO” QSC

Vəzifə: Satış təmsilcisi (Şəki rayonu)

İşin təsviri:

- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə biznes münasibətlərinin yaradılması;
- Müştərilərlə görüşlərin təşkil olunması, günlük vizitlərin həyata keçirilməsi;
- Gübrələrin, toxumların və aqrokimyəvi maddələrin satışının həyata keçirilməsi;
- Şirkətin satış həcminin artırılmasına dəstək;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
- Şirkət peşəkar şəkildə inkişafa şərait yaradır;
- Satış həyata keçirən namizədlər əsas maaşdan əlavə bonuslarla da təmin ediləcəklər.

Tələblər:

- Satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı;
- Yaş: 21-40 arası;
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı;
- Yalnız kişi namizədlər nəzərdən keçirilir;
- Şəxsi avtomobil zəruridir (benzin və amortizasiya xərci qarşılanır).

Maraqlanan namizədlər mövzu yerində “Satış təmsilcisi (Şəki rayonu)” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.