Marketinq üzrə mütəxəssis

İşin təsviri

 

Marketinq üzrə mütəxəssis

İş barədə məlumat

- Yeni və mövcud proyektlər üzrə marketinq və reklam strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
- Marketinq fəaliyyətinin təşkili, illik marketinq planlarının tərtib olunması
- Şirkət üçün maraq doğuran sahələrdə marketinq araşdırmasının aparılması
- Kütləvi informasiya ve reklam vasitələri ilə əlaqələrin yaradılması
- Bütün çap materiallarının sifarişi və nəzarətin həyata keçirilməsi
- Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi, xidmətlərin səviyyəsinin artırılması üçün təhlillərin aparılması və müvafiq təkliflərin hazırlanması
- Sosial şəbələrdə hesabların idarə olunması və izlənilməsi
- Sosial şəbəkələrdə məlumatın yerləşdirilməsi
- Müsabiqə və onlayn kampaniyaların təşkili
- Admin panelin idarə olunması, sayta məlumatların daxil edilməsi, sualların cavablandırılması

Tələblər

· Yaş həddi: 25-35
· İqtisadi yaxud texniki sahə üzrə ali təhsil (Menecment və ya Marketinq)
- Güclü idarəetmə qabiliyyəti, kollektivlə işləmək bacarığı
- Dəqiq və işinə qarşı məsuliyyətli olmaq, iş planlama və təşkil etmə bacarığı olmalı və işə yaradıcı yanaşmalıdır
- Tədbirlərin, sərgilərin, seminar və konferensiyaların təşkilini bacarmalıdır
- Müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı
- Stressə davamlı və operativ olmalı
- MS Office proqramlarını mükəmməl dərəcədə bilməli
- Dil bilikləri: Azərbaycan dili ( Əla), Rus dili ( Əla), İngilis Dili (Əla)

İş şəraiti:

- 6 günlük iş qrafiki (6-cı gün qısaldılmış gündür): Bazar günü istirahət
- Əmək haqqı razılaşma yolu ilə
- Ünvan: Qaradağ rayonu, Salyan Şossesi, 15-ci km
- Nəqliyyat şirkət tərəfindən təmin edilir.

Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Marketinq üzrə mütəxəssis" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər.