Metal əridici köməkçisi

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 26.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

VƏZİFƏ TƏLİMATI: Metal əridici köməkçisi

TƏŞKİLATİ MƏLUMATLAR

Struktur bölməsi: Texniki Avadanlıqlar Zavodu, Metal Əritmə sahəsi, Tökmə və avtomatik qəlibləmə bölməsi
Bilavasitə tabe olduğu instansiya: Bölmə rəisi
Hesabat verdiyi instansiya: Bölmə rəisi, Sahə rəisi

ƏMƏK FUNKSİYASI

 İşə başlamamazdan əvvəl işlədiyi induksion sobaya aid olan əsas və köməkçi materialları yoxlamaq, catışmamazlıqlar haqqında növbə ustasına məlumat vermək.
 Metal əridicinin göstəriş və tapşırıqlarını yerinə yetirmək, metalın əridilməsi üçün bütün əməliyyatlarda iştirak etmək.
 İnduksion sobanın və onun mexanizmlərinin iş prinsipini, konstruksiyasını, istismar qaydalarını bilmək.
 Əritmə prosesin bütün texnoloji əməliyyatlarını bilmək və yerinə yetirmək.
 Şixtə və üzləyici materialların, ferroərintilərin və odadavamlı materialların tərkibini və təyinatını bilmək.
 Daxili əmək intizamı qaydalarına riayət etmək.
 Əməyin təhlükəsizliyi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını, təlimatları və əsasnamələri yerinə yetirmək.

BİLMƏLİDİR

 İnduksion sobanın və onun mexanizmlərinin iş prinsipini, konstruksiyasını, istismar qaydalarını bilmək.
 Əritmə prosesin bütün texnoloji əməliyyatlarını bilmək;
 Tökmə üsulları haqqında məlumat;
 Alətlər və avadanlıqlardan istifadə və onlara xidmətin göstərilməsi ilə əlaqədar məlumat;
 Sağlamlıq və təhlükəsizlik qaydaları haqqında məlumat;
 İş praktikasında tələb olunan mənbələr, mümkün nasazlıqlar və qüsurların aşkar edilməsi ilə əlaqədar müvafiq prosedurlar;
 Şixtə və üzləyici materialların, ferroərintilərin və odadavamlı materialların tərkibini və təyinatını bilmək.
 Əməyin mühafizəsi üzrə qaydalar, o cümlədən təhlükələrin müəyyən edilməsi və nəzarət tədbirləri;
 Elektron avadanlıqlarla işləməyi;

MƏSULİYYƏT

 Mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirmədiyinə və şirkətə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.
 “AZERTEXNOLAYN” MMC-nin maraqlarının qorunmaması, müəssisə və müştərilər barədə sənədlərin (kommersiya sirrinin), məxfi məlumatın üçüncü şəxslərə açıqlanmasına görə məsuliyyət daşıyır.

ZƏRURİ ŞƏRTLƏR

Təhsili: Orta ixtisas, orta
İş təcrübəsi: 1 il

E - mail : [email protected]