Vakansiya – Satış Meneceri (tikinti materialları və xırdavat üzrə)
- İş yeri – Bakı şəhəri
- İş qrafiki: həftənin 6 günü, saat 09:00-dan 18:00-dək
- Əmək haqqı 400 AZN və satışdan bonuslar (namizədin təcrübə və biliklərinə əsasən dəyişəcək)
- Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə.
Əsas Vəzifələr:
Korporativ müştərilərlə biznes əlaqələr quraraq, şirkət tərəfindən satılan məhsullar (tikinti materialları və xırdavat) haqqında məlumat vermək.
Yeni müştərilər tapmaq.
Müştəri sorğu və kotirovkaların qəbulu və zamanında cavablandırılmasını həyata keçirtmək.
Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək.
Mütəmadi zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkil olunması.
Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa direktora təqdim ediməsini təşkil etmək.
Mağazada müştəriyə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
Əsas Tələblər:
- Ali təhsil.
- Tikinti materialları və xırdavat üzrə satış və ya təchizat sahəsində iş təcrübəsi olanlar arzuolunandır.
- Azərbaycan, Rus və İngilis dillərini şifahi və yazılı olaraq qənaətbəxş səviyyədə bilməli, sərbəst şəkildə ünsiyyət qurma bacarığı.
- İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;
- MS Office, Outlook-da işləmə bacarığı.
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini (Azərbaycan, ingilis və ya rus dilində) mövzu yerində “Satış meneceri” qeyd edərək, [email protected] email ünvanına göndərə bilərlər.