Kassir-əməliyyatçı (Bakı filialları üzrə)

İşin təsviri

Təsvir

  • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
  • Kassa sənədlərinin Mərkəzi Bankın qaydalarına uyğun olaraq tərtib və təmin edilməsi;
  • Qaydalara uyğun valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək;
  • Mərkəzi Bankdan ,filiallardan və ödəniş terminallarından inkassasiya olunan nağd vasitələri qəbul etmək;
  • Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
  • Təcili pul köçürmə əməliyyatlarını həyata keçirmək.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Müvafiq sahə üzrə iş təcrübəsi minimum 6 ay;
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Komandada işləmək bacarığı;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 1 ilədək
  • Təhsil - Bakalavr

Bizim üstünlüklərimiz:

  • Tibbi sığorta;
  • Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
  • Professional və maddi inkişaf perspektivləri;
  • Peşəkar korporativ mühitdə işləmək imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

İşəgötürənin reytinqi