Tibbi nümayəndə

İşin təsviri

Tibbi nümayəndə

Avropanın tanınmış firması Remedica –nın Azərbaycandakı rəsmi distribyüteri Tibbi nümayəndə vakansiyasını elan edir:

İş barədə məlumat

- Gündəlik tibbi müəssisələri və aptekləri ziyarət etmək
- Preparatları tibbi müəssisələrdə və apteklərdə tanıtmaq
- Preparatlara təlabat yaratmaq və satışını təşkil etmək
- Görülən iş barədə hesabat vermək
- İşçi göstərdiyi işə uyğun olaraq əmək haqqı alır
- Müəyyən olunmuş kvotalar yerinə yetirildikdə əlavə mükafatlar verilir
- İş qrafiki: həftənin 5 günü, 09:00-dan 18:00-dək
- Əmək haqqı yüksəkdir (müsahibə zamanı razılaşma yolu ilə)

Namizədə tələblər

- Ali və ya orta ixtisas təhsil
- Tələb olunan sahədə iş təcrübəsi üstünlükdür
- Pozitiv xarici görünüş və intellektual səviyyə
- Hərəkətli iş rejimində işləmə bacarığı
- Vaxtdan səmərəli istifadə etmək bacarığı
- Ünsiyyət qurmaq qabiliyyəti
- Səlis danışıq bacarığı
- Məlumatları yaxşı qavrama və aydın şəkildə izah etmə bacarığı
- Dürüst, səbrli və məsuliyyətli olmaq , kollektivlə işləmə bacarığı

Maraqlanan şəxslər yalnız ana dilində (azərbaycan dili) və şəkilli CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
“Mövzu” qisminə vakansiyanın adı (“Tibbi nümayəndə”) qeyd olunması mütləqdir.