Vəzifə Adı: Maliyyə (mühasibatlıq) meneceri
Sektor: Supermarketlər şəbəkəsi
Üst rəhbər: Maliyyə direktoru
İş təcrübəsi: Bu və ya oxşar rolda 3 – 7 il
E-poçt: [email protected]
Bakı şəhərində fəaliyyət göstərən supermarketlər şəbəkəsinin baş ofisinə daimi əsaslarla işləmək üçün Maliyyə Meneceri tələb olunur.
Rəqabətli əmək haqqı paketi və inkişaf perspektivləri təklif olunacaq.
Əsas vəzifə öhdəlikləri
• Müvafiq struktur əməkdaşlarının inkişaf etdirilməsi və rəhbərliyi
• Menecment maliyyə hesabatlarının müəyyən olunmuş müddət üzrə tərtib edilməsi
• Mühasibat (balans, mənfəət və zərər haqqında, pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar) hesabatlarının aylıq və illik əsasda hazırlanması
• Vergi, statistika və DSMF hesabatlarının hazırlanması
• İl sonu maliyyə auditi prosesinə dəstək
Tələb və bacarıqlar
• Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə tam ali təhsil
• Müvafiq sahə üzrə 5 il iş təcrübəsi, bundan 2 ili baş mühasib və ya maliyyə auditoru kimi çalışması arzu olunandır
• Logo Tiger, Mikro Yazilim və 1C proqram təminatları maliyyə modulunu sərbəst bilməli
• Mükəmməl yazılı təqdimat bacarığı, işə sabit və məsuliyyətli
• CİMA və ya ACCA sertifikatlaşması üzrə dərəcələrin əldə olunması arzu olunandır
Dil bilikləri
• Azərbaycan dili - əla, sərbəst ingilis dili biliyi arzu olunandır