Ofisiant

  • MOGAN Hotel
  • Elanın qoyulma tarixi: 25.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ofisiant

MOGAN Hotel

Əsas Öhdəliklər :

• İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq.
• İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
• Qonaqların yemək və içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.
• İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
• Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
• Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
• Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
• Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
• Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
• İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
• Hər zaman təyin edilmiş ərazini / bölməni təmiz və səliqəli saxlamaq.

Tələblər :

• Təhsil: Bakalavr
• Dil bilikləri: Rus-yaxşı, İngilis-yaxşı
• Restoran və mehmanxana səhəsində 1-3 il təcrübə
• Yaş: 18-35

Əlavə məlumat:

• AR Əmək məcəlləsinə uyğun olaraq işə qəbul
• Növbəli iş qrafiki 6/1.
• Əmək haqqı razılaşma yolu ilə.

Maraqlanan namizədlər, mövzu yerində “Ofisiant” yazaraq, öz CV-lərində gözlənilən əmək haqqını qeyd edərək, [email protected] e-poçt ünvanına göndərsinlər.