Təmizlik üzrə menecer

  • AGA GROUP
  • Elanın qoyulma tarixi: 24.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təmizlik üzrə menecer

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla, bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri: Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.

Vəzifələr:

▪ Biznes mərkəzindəki ofislərin təmizlənməsinə nəzarət edilməsi;
▪ Təmizlik işçilərinin davamiyyətinin yoxlanılması;
▪ Şirkətlərin şikayətləri ilə əyani olaraq tanış olunması və dərhal yaranmış problemin aradan qaldırılması;
▪ Müntəzəm olaraq binanın təmizliyinin yoxlanması və işçilərin işinə nəzarət edilməsi;
▪ Təmizlik anbarına nəzarət edilməsi;
▪ Aylıq olaraq anbar qalığının çıxarılması və təmizlik şöbəsinin rəhbərinə siyahının verilməsi;
▪ Yeni gələn işçiləriə formanın təhvil verilməsinə nəzarət edilməsi;
▪ Satış şöbəsinin təsdiqi ilə müştərilər üçün ofislərin dərhal açılmasının təmin edilməsi.

Tələblər:

▪ Ali təhsil;
▪ Təmizliyə nəzarət və idarəetmə sahəsində 3 ildən çox təcrübə;
▪ Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
▪ Güclü ünsiyyət və idarəetmə qabiliyyətləri;
▪ Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;
▪ MS Office proqramları, xüsusilə Excel biliyi;

▪ Əmək haqqı: 600 AZN.

https://agagroup.az/vakansiya.html – ünvanına daxil olaraq müvafiq vakansiya üzrə öz CV`nizi bizə göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlər müsahibəyə çağırılacaqdır.

İşəgötürənin reytinqi