Yük maşını və yükləyici maşını sürücüsü

İşin təsviri

“PREMİUM TRANSPORT” MMC

Vəzifə : Yük maşını və yükləyici maşını sürücüsü

Əmək haqqı : 600 manat

İş yeri : Qaradağ rayonu, Ümid qəsəbəsi, “Norm” sement zavod ərazisi

Ələqa nömrəsi : +994 55 909 72 54 (Elçin müəllim)

Elektron poçt ünvanı : [email protected]

Vəzifə öhdəlikləri :

• Təhkim olunmuş yük avtomobilinin saz vəziyyətini təmin etməli;
• Yük avtomobilinin və orada olan əmlakın mühafizəsini təmin olunması üçün tədbirlər görməli, yük avtomobilini nəzarətsiz qoymamalı, salondan çıxma və dayanma zamanı qapıları açarla bağlamalı;
• Yük avtomobilinin texniki vəziyyətinə nəzarət etməli, onun təhlükəsiz istismarının təmini üçün müstəqil olaraq zəruri işləri yerinə yetirməli;
• Vaxtı-vaxtında yük avtomobilini texniki xidmətdən keçirməli;
• İşin sonunda təhkim olunmuş yük avtomobilini şirkətin qarajına qoymalı;
• Yükü – anbardan müvafiq sənədlər üzrə qəbul etməli;
• Yükün daşınması zamanı yükün mühafizəsini təmin etməli;
• Həvalə olunmuş texnikaya qayğı ilə yanaşmalı, yükvurma texnikasının, alətləri qaydasında və saz vəziyyətdə saxlamalı;
• Xəttə çıxış yalnız sahə koordinantoru ilə yerinə yetirilməli;

Yükləyici maşını sürücüsü

• Ekskavator sürücüsü tərəfindən müxtəlif - xammal, material, ehtiyatlılıq tələb edən yüklərin yük maşınlarına yüklənilməsi, boşaldılması və yerləşdirilməsi;
• Yük maşınlarına xammal boşaltmaq üçün rahat gediş - gəliş yolunun hazırlanması;
• Ekskavator sürücüsü - yük maşını sürücüsü tərəfindən daşınacaq xammalın gündəlik ehtiyatının hazırlanması təşkil etməli;
• Təhkim olunan texnikanın texniki vəziyyətinə nəzarət etməli, onun təhlükəsiz istismarının təmini üçün müstəqil olaraq zəruri işləri yerinə yetirməli;

Namizədə olan tələblər

• Müvafiq sahədə minimal 3 il iş təcrübəsi;
• Sürücülük vəsiqəsi BC kateqoriyası üzrə
• Yükləyici sürcüsü vəzifəsi üçün xüsusi icazə vəsiqəsi

İş şəraiti

• 6 günlük iş norması – Gündəlik 6 saat olmaqla;
• Nəqliyyat və yataqxana ilə təmin olunma;
• Gündə 3 dəfə yemək ilə təmin olunma (növbələrdən asılı olaraq );
• Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;