Merçendayzer

İşin təsviri

Merçendayzer

Tələblər:

• Cinsi: Qadın 18-35 yaş
• Azərbaycan dili sərbəst şəkildə bilmək
• Komandada işləmək bacarığı
• Yüksək kommunikasiya qura bilmə bacarığı
• Satış sahəsində peşəkarlıq qazanmaq istəyi

Vəzifə öhdəlikləri:

• Rəhbərliyin həvalə etdiyi işləri yerinə yetirir;
• Tələbın formalaşdırılması: istehlakçıların yeni məhsullara tələbatının formalaşması ilə əlaqədar köhnə məhsulların reklamını dayandırmaq (demarketinq funksiyası); yeni məhsulu reklam etdirmək; istehlakçılarda alış qərarlarını formalaşdırmaq
• Ticarət nöqtələrinin satış rəflərində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirilməsini, standarta uyğun düzülüşünü təmin etmək ;
• Şirkətin fəaliyyətinə maneə olan halları aşkarlamaq və rəhbərliyə bu barədə məlumat vermək;
• Satış nöqtəsində yeni məhsulların prezentasiyasını həyata keçirir;
• Daxili nizam-intizam qaydalarına əməl etmək
• Ticarət nöqtələrində olmayan məhsullar haqqında məlumatı satış şöbəsində çatdırılması
• Malların istehsal tarixlərinin və əmtəə görünüşünün yoxlanılması.

Əmək haqqı:

• 400 AZN + 100 AZN bonus

İş vaxtının rejimi:

• İş saat 09:00 başlanır, saat 18:00 bitir.
• İstirahət və nahar fasiləsi saat 13:00 - dan saat 14:00 - dəkdir.
• İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü iş günü hesab edilmir.

Vakansiya üzrə namizədlər işə müraciət anketlərini "merçendayzer” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi

Unitrade Group MMC tərəfindən digər vakansiyalar