Şamaxı üzrə filial meneceri və kredit işçiləri

  • Para BOKT
  • Elanın qoyulma tarixi: 10.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şamaxı üzrə filial meneceri və kredit işçiləri

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• Bank sektorunda azı 2 (iki) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Analitik mühakimə etmək qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Əsas vəzifə və öhdəliklər:

• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək;
• Filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
• Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq;
• Hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan irəli gələn müvafiq tədbirlərin yerinə yetirilməsini təmin etmək;
• Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək;
• Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;

CV-ləri Şamaxı üzrə filial meneceri və kredit işçiləri mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.