Media planer

  • Times Consulting
  • Elanın qoyulma tarixi: 07.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Times Consulting 10 ildən çox Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ən böyük reklam şirkətlərindən biridir. Əsas fəaliyyət reklam yerlərinin və reklam daşıyıcıların satılmasıdır. Əlavə olaraq reklamın istehsalı (kreativ ideya və dizayn da daxil olmaqla) və marketinq xidmətlərin göstərilməsi ilə də məşğuldur

Əsas vəzifələr

• Müştərinin proyektinin taktiki və strateji olaraq planlaması;
• Prezentasiyaların hazırlanması (sponsorluq təklifləri, rəqib analizi, hesabatlar, media analitikalar);
• Müştərilərlə daimi olaraq media sualların həll olunmasında ünsiyyət qurmaq;
• Müştərilərlə media planların təsdiqlənməsi prosessində bütün ortaya çıxan suaların aradan qaldırılması;
• Reklam kompaniyaların reallaşdırılması və gündəlik olaraq efir çıxışlarına ciddi nəzarətin aparılması;
• Kampaniyalar sonunda post və hesabatların hazırlanması, kampaniyanın bitməsi və reallaşdırılması haqqında bir çox sənədlərin ( efir arayışları məktublar və s.)hazırlanması;
• Rəqib analizinin prezentasiya formasında hazırlanması və analitikası;
• TV və radio kanallarla sıx və ünsiyyətcil münasibətdə olması, alışın və kampaniyaların həyata keçirilməsini kontrol etmək.

Namizədlərə qarşı tələblər:

 Media planner sahəsində iş təcrübəsi ən azı 1 il (AGB Nielsen proqramında işləmək bacarığı)
 Analitik qabiliyyəti olan, böyük həcmli informasiya ilə iş bacarığı;
 Riyazi qabiliyyyət və MS Office proqramlarında sərbəst işləmək bacarığı;
 Dil bilikləri ( azərbaycan və rus dillərini sərbəst, ingilis dilində intermediate səviyyəsi);
 Yüksək dərəcədə məsuliyyətli və diqqətcil;
 Tez öyrənmə, stressə davamlılıq və ünsiyyətcil qabiliyyəti.

Üstünlüklərimiz:

• Gənc və şən kollektiv;
• Şəhərin biznes mərkəzində müasir və dəbli ofis şəraiti;
• Karyera qurulması imkanı;
• Nahar şirkət tərəfindən təşkil olunur;
• İşgüzar danışıqlar üçün telefon limiti.

Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV-nizi [email protected] e-mail ünvanına göndərəsiniz

İşəgötürənin reytinqi

Times Consulting tərəfindən digər vakansiyalar