Əməyin mühafizəsi üzrə aparıcı/ Baş mütəxəssis

  • Access Bank
  • Elanın qoyulma tarixi: 06.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əməyin mühafizəsi üzrə aparıcı/ Baş mütəxəssis

Öhdəliklər

• Bankda əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi işinin təşkil edilməsi;
• İşə yeni qəbul edilmiş, bir vəzifədən başqa vəzifəyə keçirilmiş işçilər ilə Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə ilkin təlimatlandırmanı, eyni zamanda mövcud işçilər ilə təkrar, təlimatlandırmaları təşkil etmək;
• İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və qanunun tələblərinə uyğunluğunu təmin etmək;
• Əməyin mühafizəsi, təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək;
• Aylıq, rüblük, illik hesabatları hazırlamaq və tabe olduğu şəxslərə təqdim edilməsini təşkili etmək;
• İş yerlərində proses və avadanlıqla əlaqədar təhlükələri təyin etmək, risklərin qiymətləndirilməsi, zəruri tədbirlərinin alınmasında istirak etmək və alınan tədbirlərə əməl olunmasına nəzarət etmək;
• Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsi;
• Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək;
• Təlimat jurnallarının imzalanmasına nəzarət etmək.

Tələblər

• Ali təhsil (Texniki təhsil arzuolunandır);
• SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə normativ hüqüqi aktların tələblərini haqqında qanunu bilmək;
• Azərbaycan dilini əla, Rus və/ ya İngilis dillərini bilmək arzu olunandır;
• Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
• Güclü ünsiyyət və təqdimat bacarıqları;
• Namizəd stressə davamlı və məsuliyyətli olmalıdır.

Maraqlanan şəxslər aşağıdaki link-dən istifadə edərək öz CV formalarını göndərə bilərlər:
https://www.accessbank.az/az/our-bank/vacancies/

İşəgötürənin reytinqi