CNC diş açan Frezerçi

İşin təsviri

Vəzifənin adı: CNC diş açan Frezerçi

Vəzifə öhdəlikləri:

• İstifadəsinə təhkim edilən Frez dəzghahında iş prinsipini və dəzgahdan istifadə qaydalarını bilməli;
• İstifadə etdiyi frez alətlərinin növünü və düzgün təyin olunmasını bilməli;
• Avadanlıqların yerləşməsi və ondan düzgün istifadə qaydalarını bilməli;
• Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını, istehsalat mədəniyyətinə riayət etməli;
• Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etməli;
• Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etməli;
• İş zamani texniki təhlükəsizlik qaydalarına riayət etməli;
• Verilmiş tapşırıqların texnologiyaya uygun aparılıb- aparılmamasına nəzarət etməli,bu barədə ustaya məlumat verməli və səbəbini araşdırmalı;
• Əgər iş ərzində hər hansı bir texniki nasazlıq baş versə bu barədə elektrik və çilngərlərə aidiyyatı üzrə müraciət etməlidir.Və nasazlıq aradan qaldırılana qədər onların işinə nəzarət etməlidir;
• İş yerini təmiz saxlamalı;
• Işləyərkən əmək təhlükəsizliyi qaydalarına əməl etməli;
• Ətraf mühitinin qorunması üzrə qanunvericiliyini və əmək fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini və normativ tələblərini bilməli;
• Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini bilməli;
• Öz fəaliyyətlə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini bilməli.

Təhsil/Təcrübə:

• Orta texniki təhsil (Ali texniki təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
• Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və nəqliyyatla ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “CNC diş açan Frezerçi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.