Qrafik dizayner

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 02.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Qrafik dizayner” vakansiyası elan edir.

Vəzifə barədə məlumat:

• Müxtəlif dizayn işlərinin hazırlanması (Buklet, flayer, kataloq, logolar, etiket yazıları, korporativ qutular, bağlamalar və s.);
• SMM üçün kreativ materialların hazırlanması, kreativ düşüncəyə malik olması;
• Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Reklam və poliqrafiya materialların eskizlərini tərtib etmək, rəhbərliklə müzakirə etmək və müvafiq dəyişiklikləri tətbiq etmək;
• Korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq müvafiq dəyişiklikləri tətbiq etmək;
• Şirkət daxili və çöl reklam materialları və promo məhsulların hazırlanması, icrası və təhvil verilməsinə görə cavabdehlik daşımaq;
• Aparılan işlər üzrə hesabatlar hazırlamaq;
• Hazır çap produksiyanı kontrol və icra bacarığı;
• Video işlərinin hazırlanması;
• Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların işlənib təqdim edilməsi.

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Lyuks brendlərlə çalışmaq imkanı;
- Həftə ərzində 6 iş günü;
- İş saatı: 10:00-19:00.

Tələblər:

- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi arzu olunandır;
- Proqram bilikləri: Corel Draw, Adobe Illustrator / Photoshop / After Effects / Premier Pro
- GIF və html5 vizual bilikləri arzu olunandır;
- Brending, qablaşdırma üzrə biliklər;
- Dil bilgiləri: Azərbaycan, Rus (mütləq), İngilis dillərində yazı, danışıq qabiliyyəti;
- Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq;
- Reklam, çap, promo, vizual məhsulları şirkəti ilə əlaqədar olmaq;
- Stresə davamlılıq, nəticə yönümlülük;
- Komandayla çalışmağı bacarmalı, sürətli ve praktik olmalı.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.