UI/UX dizayner

  • PROSYS LLC
  • Elanın qoyulma tarixi: 02.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

UI/UX dizayner

Namizədə olan tələblər:

- Adobe Photoshop, Adobe Illustrator, Sketch, Microsoft Office proqramları ilə işləmək bacarığı,
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi,
- UI/UX interfeyslərini responsiv dizayn hazırlamaq bacarığı,
- Android/IOS mobil əlavələrinin hazırlanmasının tam dövrünün bilməsi,
- Android/IOS mobil əlavələrinin hazırlanmasının UX/UI prinsiplərini, şablonlarını və ən yaxşı təcrübələri üzrə biliklər,
- Müasir veb-dizayn tendensiyalarını anlamaq,
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı,
- Analitik düşünmək və problem həll etmək bacarığı,
- Asan ünsiyyət qura bilmək,
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti,
- Kollektiv şüurla komanda şəklində fəaliyyət,
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq,
- Ali təhsilli olmaq,
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti olmaq, ingilis dilinin bilməsi də arzuolunandır.

İş barədə məlimat:

- Proqram təminatı məhsullarının UI/UX interfeyslərini responsiv dizayn hazırlanması;
- IOS və Android platformalarında tətbiqlərin rahat funksional və dizaynla təmin edilməsi;
- Reklam məhsullarının (plakatlar, planlar, flayerlər) dizaynı;
- Mobil tətbiqetmələrin, saytların və veb interfeyslərin layihə və dizaynının hazırlanması.

İş şəraiti:

İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. Istirahət günləri: şənbə, bazar
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “UI/UX dizayner” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.