Sistem inzibatçısı

İşin təsviri

Telekommunikasiya şirkəti Sistem inzibatçısı vəzifəsi üzrə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

• Şəbəkə avadanlıqlarının quraşdırılması;
• Şəbəkə avadanlıqlarının fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
• Müxtəlif istehsalçıların şəbəkə avadanlıqları ilə işləmək qabiliyyəti;
• Nasazlıqları proqnozlaşdırmaq və aradan qaldırmaq;
• Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək;
• Şəbəkə dizaynını tərtib etməli, texniki tapşırıqların hazırlanması;
• Nasaz şəbəkə avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
• Şəbəkə infrasturkturu üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması;
• Avadanlıqların loqlarının və monitorinqinin daimi və düzgün şəkildə aparılmasını təmin etməli və bu prosesi nəzarətdə saxlamalıdır.
• Daimi şəbəkə problemlərini aradan qaldırmalı və şəbəkə bağlantısı problemlərini həll etməli.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

• İT sahəsində ali təhsil;
• CCNA R&S sertifikatı və ya ekvivalent biliyin olması mütləqdir;
• Wireless texnologiyaları ilə bağlı fundamental biliklər;
• Texniki təlimatları oxuya biləcək səviyyədə İngilis dili biliyi;
• Yeni texnologiyaların öyrənilməsi bacarığı.

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Sistem inzibatçısı) qeyd etməyinizi xahiş edirik: E-ünvan: [email protected]

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.