Uşaq tərbiyəçisi

İşin təsviri

Qalaalti Hotel & Spa yeni və gözəl arxitekturaya malik, Bakı şəhərindən cəmi 120 km məsafədə Şabran şəhərində yerləşən müalicəvi və istirahət kompleksidir. Bu kompleks digərlərindən öz unikal müalicəvi suyu, müasirliyi və rahatlığı ilə fərqlənir. Otel 157 superior-class, 16 suite otaq və müxtəlif dizaynlı 3 villaya malikdir.

Qalaaltı Otel & Spa Şabran şəhərində Əyləncə komandasına qoşulmaq üçün müxtəlif istedadlara malik açıq fikirli və enerjili Əyləncə mərkəzinin Uşaq tərbiyəçisi vəzifəsində çalışacaq mütəxəssis axtarır.

Bir başa Əyləncə şöbəsinin rəhbərinə hesabat verərək Əyləncə mərkəzinin Uşaq Tərbiyəçisi yüksək səviyyəli, sürətli mühitdə işləyəcək, həmçinin qonaqları möhtəşəm gündüz və gecə əyləncə proqramları ilə məmnun etmək üçün təlimlər alacaq. Xüsusilə, aşağıda qeyd olunmuş öhdəlikləri yüksək standartlara uyğun şəkildə yerinə yetirilməsi tələb olunur.

Vəzifə öhdəlikləri:

 Otelin azyaşlı qonaqları üçün effektiv əyləncə proqramlarının təşkil olunması.
 Uşaqlar üçün oyunların təşkil edilməsi.
 Tematik master-klasların aparılması.
 Əyləncə proqramların hazırlanması və təşkili.
 Müvafiq oyunlar və viktorinalar təşkil olunması.
 Əyləncə şöbəsində gündəlik işlərin, texniki xidmətlər, təmizlik və texniki təhlükəsizlik əməliyyatlarının yüksək səviyyədə təşkili üçün digər şöbələrlə koordinasiya olunması.
 Müxtəlif əyləncə fəaliyyətlərini təşviq etmək, qonaqların istəklərinə və müxtəlif ehtiyaclarına görə aktiv və passiv iştiraka cəlb olunması.
 Gülərüz, məsuliyyətli və stress altında işləmə bacarığı.

Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün aşağıdakı bacarıq və ixtisas tələb olunur:

• Turizm və ya hər hansı oxşar sahədə təhsil.
• Əyləncə sahəsində iş təcrübəsi.
• Face-art bacarıqları.
• Uşaqlar və yeniyetmələr ilə yaxşı işləmək bacarığı.
• idman və bədii bacarıqlar.
• Komandada işləmək bacarıqları.
• Azərbaycan və Rus dilləri üzrə şifahi və yazılı kommunikasiya bacarıqları.
• Kreativ düşüncə.
• İş ehtiyaclarına əsasən müxtəlif gün və saatlarda işləmək imkanı.

Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

"Qalaalti Hotel & Spa" şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Galaalti Hotel & Sanatorium / Synergy Group LLC tərəfindən digər vakansiyalar