Qeydiyyatçı

  • Huner Group
  • Elanın qoyulma tarixi: 28.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Qeydiyyatçı 

Huner Group müxtəlif sahələrdə uğurlu işlərə imza atmış, çox fərqli bir konseptlə çıxış edərək Azərbaycan tikinti sektorunda özünəməxsusluğu ilə seçilən şirkətdir.

Vəzifə öhdəlikləri:

- Ofisə yaxınlaşan müştərilər və qonaqları qarşılamaq;
- Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
- Bütün qonaqlara xüsusi bir diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət göstərilməsini təşkil etmək;
- Daxil olan zəngləri qəbul etmək və onları təyinatları üzrə istiqamətləndirmək;
- Zənglər ilə bağlı müvafiq qeydiyyatları aparmaq və telefon siyahılarını mütəmadi olaraq yeniləmək;
- Daxil olan informasiyaları qeydə almaq və vaxtında təyinatı üzrə həmin informasiyaları istiqamətləndirmək;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları tərtib və təqib etmək;
- Tələb olunduqda birbaşa rəhbərinin yönləndirmələrinə əsasən əlavə funksiyaları yerinə yetirmək.

Tələblər:

Müvafiq sahədə təcrübə;
Azərbaycan və Rus dilinə hakim olmaq, İngilis dil biliklərinin olması üstünlükdür;
MS Office proqramlarında işləmək qabiliyyəti;
Yüksək səviyyədə yazılı və şifahi nitq bacarığı, dinləmə qabiliyyəti;
Yüksək təşkilatçılıq və effektiv kommunikasiya bacarığı;
Stressə dözümlülük və səbirli olmaq qabiliyyəti;

Təminatlar:

Təyin olunmuş güzərgahdan servis vasitəsilə iş yerinə çatdırılma;
Nahar ilə təmin edilmə;

İş qrafiki və əmək haqqı:

Əmək haqqı barəsində danışıqlar müsahibə əsasında aparılır.
6 günlük iş qrafiki;

İş yeri:

Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Huner Group Baş Ofisi.

Müraciət qaydası:

Vakansiya tələblərinə cavab verən namizədlərdən xahiş olunur ki, şəkilli və Azərbaycan dilində tərtib edilmiş CV formalarını e-mailin mövzu hissəsində “Qeydiyyatçı” – sözünü qeyd edərək [email protected] – elektron ünvanına göndərsinlər.

Huner Group tərəfindən digər vakansiyalar