Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 26.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
 Bankda Kredit sahəsində, xüsusilə hesabatların hazırlanması sahəsində minimum 3 il iş təcrübəsi;
 Bank qanunvericiliyi və AR Mərkəzi Bankının normativ aktları ilə yaxından tanışlıq;
 Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
 Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
 Stressə davamlılıq və komandada işləmə bacarığı;
 Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
 Xarici dil bilikləri (rus və ingilis) arzu olunandır.

İŞİN TƏSVİRİ:

 Dövrlər üzrə (aylıq, rüblük, illik) Bankdaxili hesabatların və digər statistik məlumatların hazırlanaraq təqdim edilməsi;
 Bankın bütün struktur bölmələri və filialları ilə qarşılıqlı əlaqə yaradaraq, kredit portfeli haqqında məlumatların və digər hesabatların əldə olunması;
 Bankın Filialları tərəfindən Baş ofisə təqdim edilən hesabatların yoxlanılması və ümumiləşdirilmiş hesabatlara daxil edilməsi;
 Nəzarət orqanlarına və digər orqanlara təqdim olunan hesabatların hazırlanması;
 Mövcud hesabatların yenilənməsi və hazırlanma prosesinin optimallaşdırılması üçün təkliflərin verilməsi.
 Kredit reyestləri və büroları (MKR, AKB) üzrə məlumat mübadiləsinin təşkili.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

İşəgötürənin reytinqi