VRV satış mühəndisi

  • Smarton MMC
  • Elanın qoyulma tarixi: 23.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

SmartON – LG Electronics, Panasonic, Gree və Daikin kimi aparıcı markaların Azərbaycandakı rəsmi distribyutorudur. Şirkətin əsas fəaliyyəti satış və servis üzərində qurularaq növbəti xidmət növlərini təklif edir:

• Topdan və pərakəndə satış
• Korporativ satış
• SmartOn.az onlayn mağaza üzərindən satış
• Rəsmi və avtorizə olunmuş servis mərkəzləri

Şirkət: Smarton MMC
Vəzifə: VRV satış mühəndisi

Vəzifə öhdəlikləri:

Potensial müştərilərlə görüşmək
Məhsulları təqdim və təklif etmək
Tələblərə uyğun olaraq sifarişləri hazırlamaq
Layihələri AutoCAD -da işləmək

Tələblər:

Vrv sahəsində tam biliyinin olması
Təqdimat bacarığı
Müştəri bazasının olması.
AutoCAD biliyi

Əmək haqqı və iş şərtləri:

• Əmək haqqı namizədin iş təcrübəsində asılı olaraq danışıq əsasında müəyyən edilir.
• İş qrafiki 10:00-19:00, istirahət günləri şənbə və bazar günləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində "VRV satış mühəndisi" qeyd olunması xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmayacaq.
Növbəti mərhələdə yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.