Satış müdiri (Gübrələr, toxumlar və aqrokimyəvi qatqılar)

İşin təsviri

İşəgötürən: “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC

Vəzifə: Satış müdiri (Gübrələr, toxumlar və aqrokimyəvi qatqılar)

İşin təsviri:

- Satış və marketinq strategiyasının hazırlanması
- Satış prosesinin təşkili və satış departamentinin idarə olunması
- Bazar araşdırmalarının aparılması, təkliflərin verilməsi
- Satış mütəxəssislərinin təlimatlandırılması, hədəflərin təyin olunması
- Aylıq, rüblük və illik satış hədəflərinə nail olunmasını təmin etmək
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması

Tələblər:

- Ali təhsil (Menecment sahəsinə üstünlük verilir).
- Azərbaycan və İngilis dili (upper-intermediate) biliyi
- Satışın qaydaları, əsasları və strukturu barədə biliklər
- Müvafiq sahə üzrə iş təcrübəsi: minimum 5 il
- Təmsil etmə qabiliyyəti, satışın psixologiyası və əsasları, insan psixologiyası üzrə biliklər
- Aktiv və çalışqan
- Sürücülük vəsiqəsi: B

İş qrafiki:

- Bazar ertəsi – Şənbə: 9:00 - 18:00

Maraqlanan namizədlər mövzu yerində “Satış müdiri” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.