Çağrı mərkəzi operatoru

İşin təsviri

Çağrı mərkəzi operatoru

İş barədə məlumat

- Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması
- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi
- Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilməsi
- Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı gedişatların sistemdə işlənilməsi
- İş qrafiki – növbəli

Namizədə tələblər

- Səlis danışıq qabiliyyəti
- İş təcrübəsi minimum 2 il
- Ərazi bilikləri (Bakı, Sumqayıt şəhərləri və Azərbaycanın rayonları üzrə)
- Azərbaycan və rus dilini yaxşı səviyyədə bilməlidir
- Ms Office üzrə bilikləri olmalı
- Öyrənməyə meylli və yeniliyə açıq olmalıdır

Vakansiyaya müraciət üçün, CV formanızı [email protected] elektron poçtuna “Çağrı mərkəzi operatoru” mövzusu ilə göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi