Vakansiya: MONİTORİNQ ŞÖBƏSİNİN RƏİSİ
Logistik şirkət.
Ünvan: Bakı
Müraciət üçün son tarix: 23 Fevral, 2020-ci il
Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (MONİTORİNQ ŞÖBƏSİNİN RƏİSİ) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək [email protected] göndərin.
Hörmətli iş axtaran yoldaş, sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəziənin tələblərinə tam uyğun hesab edirsinzsə, buyurub, bizimlə əlaqə saxlayın. Vəzifəyə və tələblərə uyğun olmayan CV-lərə baxılmayacaqdır.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
1. Şöbənin illik aparılan yoxlamalrın və üzləşmə aktlarının yekun hesabatlarının hazırlanması və ona dəyişikliklər barədə Direktora təkliflər vermək;
2. Qəbul olunmuş siyasət, qayda və sistemlərin monitorinqini aparmaq və onları təkmilləşdirmək;
3. Performans göstəricilərinin müəyyən edilməsi və qurulması;
4. Keyfiyyətin təminatı strategiyasını inkişaf etdirmək;
5. Aparılan yoxlama nəticələrini və fəaliyyətini AR qanunlarına uyğunluğunu təmin etmək;
6. Müştəri müraciətlərinin və şikayətlərinin statistik analizi.
7. Risqlərin idarə olunması və qiymətləndirilməsini aparmaq ;
8. Hədəflərin təyini və qiymətləndirməsini;
9. Təlimatları,prosesləri,prosedurları və daxili fəaliyyət qaydaları pozan şöbələri aşkarlamaq və onlara düzəldici fəaliyət növünü tətbiq edərək yaxşılaşdırma fəaliyyətini təmin etmək ;
10. Bütün fəaliyyətin effektiv monitorinqini və qiymətləndirilməsini təmin etmək üçün, bacarıq və iş aktivliyinin yüksəlməsi üçün təlim və təhsillərin keçirilməsinin təklifini vermək;
11. Monitorinq və qiymətləndirmə hesabatlarını statistika ilə əlaqələndirərək nəticələrini müntəzəm olaraq bölüşdürülməsi və təkmilləşdirməsi üçün sahələri müəyyənləşdirmək;
12. Yaranacaq qüsurları və problemləri qiymətləndirmək,təkmilləşdirməsi üçün tədbirlər aparmalı ;
13. Təyin olunmuş müştərilərlə aylıq üzləşmələrin həyata keçirilməsi, müştərilərlə qarşılıqlı hesablaşma, yekun razılaşdırılmış hesabatların üzləşmə aktlarının bağlanması üçün Mühasibatlıq şöbəsinə göndərmək;
14. Gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərin yoxlanıb xərclərin hansı müştəriyə aid olduğunun müəyyənləşdirməsində , Cəmiyyətin proqram təminatına və müştərilərə göndərilən hesabata daxil edilməsində şöbənin əməkdaşlarının işlərinə nəzarət etmək;
15. Aylıq,rüblük və illik görülən işin nəticəsi haqda rəhbərliyə hesabat vermək;
16. Cəmiyyətin daşınma ilə bağlı qiymət göstəricisinə əsasən proqnoz vermək və qiymətləndirməsin aparmaq ;
17. Şöbənin fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etmək;
18. Bütün növ ciddi hesabat blanklarının qeydiyyatını aparmaq.
NAMİZƏDƏ QARŞI TƏLƏBLƏR:
Təhsil: Ali iqtisadi və ya Maliyyə-Audit sahəsi üzrə;
Təcrübə: Logistika sahəsində minimum 5 il, Sahə üzrə - 3 il, İdarəçilik üzrə - 2 il
Ümumi fərdi keyfiyyətlər: Məsuliyyətli, Dürüst, Etibarlıq
Funksional fərdi keyfiyyətlər: Analitik düşüncə, Qərar vermə qabiliyyəti Obyektivlik Problemləri həll etmə bacarığı
Rəhbərlik üzrə fərdi keyfiyyətlər: İdarəçilik bacarığı,Tələbkarlıq
Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili- əla, İngilis dili- əla
Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Power Bİ,Outlook və s.)
Funksional biliklər:
• Mühasibat uçotunun təşkilini, mühasibat hesabatlarının tərtibini;
• Maliyyə hesablarının forma və qaydalarını;
• Maliyyə monitorinqi xidmətlərini;
• Fəaliyyət və ya Maliyyə tərəfindən proqnazlaşdırmanı
• Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını; yoxlanış və sənədli təftişin qaydalarını;
• Nəzarət ve maliyyə hesabatlarının beynəlxalq standartlarını, "Mühasibat uçotu haqqında" AR Qanunu;
• İqtisadiyyatın əsaslarını; istehsalın, əməyin və idarəetmənin təşkilini;
• 1 C proqramını;
• Mülki hüquq, əmək, maliyyə qanunvericiliyini.
Zərurət zamanı ezamiyyələrə gedə bilmək imkanı və istəyinin olması.