Daxili Auditor

  • Elanın qoyulma tarixi: 16.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biz Sizə sürətlə böyüyən Şirkətlər Qrupunda dinamik iş mühitində perspektivli iş təklif edirik.

İş təcrübəsi: Audit və/və ya mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi

Təhsil: Ali iqtisadi təhsil

İşin təsviri:

Risklərin idarəedilməsi, daxili nəzarət mühiti və korporativ idarəetmə proseslərinin müntəzəm qiymətləndirilməsinə dair audit yoxlamalarında iştirak etmək, belə yoxlamalarla həmin proseslərin inkişafına dair tövsiyələr vermək. Şirkətin təlimatları, siyasətləri və prosedur qaydalarının yaradılması ilə bağlı tövsiyələr vermək.

Vəzifə öhdəlikləri:

- Audit planları və audit proqramlarının tərtib edilməsində, onların icrasında və hesabatların tərtib edilməsində iştirak;
- Yoxlamalarının aparılması zamanı audit proqramını icra etmək və audit hesabatının tərtib edilməsində iştirak etmək;
- Yoxlamalar nəticəsində siyasətlər, prosedurlar, standartlar və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəyin bildirilməsində iştirak etmək;
- Kənar audit proseslərinə dəstəyin göstərilməsi;
- Daxili audit yoxlamaları zamanı dələduzluq (fraud) risklərinin qiymətləndirilməsinin aparılması;
- Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;

Tələblər:

- İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya audit sahəsində bakalavr/magistr təhsili;
- Satış, istehsalat və ya tikinti sektorlarında audit və/və ya maliyyə nəzarəti təcrübəsi;
- Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
- Azərbaycan dilində səlis yazmaq bacarığı;
- İngilis və rus dili biliyi arzuolunandır;
- Dürüstlük, obyektivlik, intizamlılıq və təşəbbüskarlıq;
- Yüksək ünsiyyət qurmaq və danışıq aparmaq qabiliyyətləri;
- Vəziyyəti obyektiv dəyərləndirmə və faktları hesabatda aydın bildirmə bacarığı;
- Regionlara mütəmadi olaraq səfərlər həyata keçirməyə hazır olmaq;
- Logo Tiger və Mikro ERP proqramlarından istifadə bacarığı arzuolunandır;

Əmək haqqı:  Namizədin təcrübəsinə uyğun olaraq bazar şərtlərinə uyğun əmək haqqı təklif olunacaqdır.

Təminatlar:

- Müəyyən olunmuş məntəqələrdən iş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları:

Komandamızın üzvü olmağı arzu edən namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Daxili Auditor” qeyd etməklə göndərməsi xahiş olunur.