Ümumi vəzifə öhdəlikləri:
• Mobil tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
• Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
• Mobil tətbiqlərin daxili biznes məntiqinin inkiş etdirilməsi;
• Mobil tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
• Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
• Daxili hesabatların hazırlanması və onların təhlili.
Namizədə qarşı tələblər:
• Ali təhsil (informasiya texnologiyaları, maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzu olunandır;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (arzuolunandır);
• Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
• Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 yanvar 2020-ci il tarixinədək, email-in mövzu hissəsində “Mobil tətbiqlər üzrə analitik” qeyd edərək [email protected] elektron ünvanına göndərə və ya müraciət etmək üçün aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilər. (https://www.bankrespublika.az/user/az/login)
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.