Front Ofis Koordinatoru

  • Code Academy
  • Elanın qoyulma tarixi: 15.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.

Code Academy rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edir. Haqqımızda daha ətraflı məlumatı www.code.edu.az saytından ala bilərsiniz.

Vakansiya: Front Ofis Koordinatoru

İşin təsviri:

- Təhsil mərkəzinə gələn qonaqları və müştəriləri qarşılamaq
- Telefon zənglərinə cavab vermək
- Tədris proqramları ilə bağlı ilkin məlumatların verilməsi
- Qeydiyyat işinin aparılması
- Ofisdə digər departamentlərin gündəlik işlərinə dəstək olmaq

İş rejimi növbəli iş qrafiki ilədir. İş saatları 09:00-16:00, 13:00-20:00, 14:00-21:00 arasıdır.

Əsas tələblər:

- Microsoft Office proqramlarında yaxşı işləyə bilmək
- Azərbaycan dilində yaxşı nitq qabiliyyəti, rus və ingilis dillərini orta səviyyədə bilmək
- Tələbəlik müddətində sosial aktivlik
- Məsuliyyətlilik
- Xoş görünümlü olmaq və gülərüzlülük
- Güclü ünsiyyət qabiliyyəti
- Problem həll etmə bacarığı
- Komandada işləmə bacarığı
- Call Center təcrübəsinin olması üstünlükdür
- Satış bacarıqlarının olması üstünlükdür

Vəd etdiklərimiz

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Tibbi sığorta təminatı

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə
əlaqə saxlanılacaq.