Biznesin İdarəedilməsi və Marketinq Mütəxəssisi

İşin təsviri

Vəzifə: Biznesin İdarəedilməsi və Marketinq Mütəxəssisi

İş yeri: Kürdəmir rayonu

İşəgötürən təşkilat: “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi

Layihə:

“Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP). STEP layihəsi çərçivəsində narçılığın geniş yayıldığı Aran iqtisadi rayonunun Göyçay, Kürdəmir, Ucar, Sabirabad, Hacıqabul, İmişli və Saatlı rayonlarında təqribən 2000 mikro və kiçik narçı fermerlərin maddi rifahına təsir göstərəcək məsləhət xidmətləri icra ediləcək.

Ümumi məlumat

Biznesin İdarəedilməsi və Marketinq Mütəxəssisi kiçik-həcmli fermer təsərrüfatlarına vergitutma, məhsulun marketinqi və proseslərin optimallaşdırılması mövzularında praktik biliklər verir. Layihənin məqsədi narçı fermerlərin və kiçik emalçıların rifahını artırmaq olduğundan Mütəxəssisin icra məsləhət xidmətləri məhz bu vəzifəni daşımalıdır. Biznesin idarə edilməsində bilik və yardım fermerlərə qazanclarını artırmağa kömək edəcəkdir.

Vəzifələr

• Kiçik-həcmli fermer təsərrüfatlarına biznesin inkişafı və məhsulun marketinqi mövzularında təlim vermək;
• Vergi, biznesin açılması və məhsulların qeydiyyatı, bazara giriş siyasəti və biznes planlaması ilə bağlı məsləhət xidməti göstərmək;
• Yerli dəstək qrupları və kiçik fermer təsərrüfatları üçün biznesin inkişafı və bazara çıxış mövzusunda təlimlər təşkil etmək;
• Müvafiq təlim materiallarını hazırlamaq;
• Yerli dəstək qruplarının işini yoxlamaq üçün layihənin həyata keçirildiyi 7 rayona səfərlər etmək;
• Layihənin gedişi barədə hesabatın hazırlanmasında iştirak etmək;
• Yerli qidanın təşviqi komponenti üçün çap materiallarının hazırlanmasında iştirak etmək.

Tələblər

• İqtisadiyyat, marketinq, maliyyə və ya digər uyğun sahə üzrə universitet diplomu;
• Biznes-konsultasiya, aqrobiznes, kənd təsərrüfatı iqtisadiyyatı, qida sistemlərində ən azı 10 il iş təcrübəsi;
• Digərlərini təlim etmək bacarığı;
• Güclü ünsiyyət, təşkilatçılıq və idarəçilik bacarığı;
• MS Office (Word, Excel, Power Point) yüksək istifadə etmək bacarığı;
• Kəndlərə və digər rayonlara səfər etmək imkanı.

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində “Biznesin İdarəedilməsi və Marketinq Mütəxəssisi” yazmaqla göndərmələri xahiş olunur.