Məsləhət xidmətləri üzrə konsultant - Gender məsələləri üzrə mütəxəssis

İşin təsviri

Vəzifə: Məsləhət xidmətləri üzrə konsultant - Gender məsələləri üzrə mütəxəssis.

İş yeri: Kürdəmir rayonu

İşəgötürən təşkilat: “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi

Layihə:

“Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP). STEP layihəsi çərçivəsində narçılığın geniş yayıldığı Aran iqtisadi rayonunun Göyçay, Kürdəmir, Ucar, Sabirabad, Hacıqabul, İmişli və Saatlı rayonlarında təqribən 2000 mikro və kiçik narçı fermerlərin maddi rifahına təsir göstərəcək məsləhət xidmətlərini icra ediləcək.

Ümumi məlumat:

Məsləhət xidmətləri üzrə konsultant - Gender məsələləri üzrə mütəxəssis Strateji Məsləhət Siyasətinin hazırlanmasına və fəaliyyət strategiyasına və məqsədlərinə uyğun olaraq, layihənin Məşvərət Şurasının digər üzvləri ilə məsləhətləşərək, qanunvericilik və qaydalara uyğun olaraq, Strateji Məsləhət Siyasətinin işlənib hazırlanmasında, idarə edilməsində və icrasında iştirak edir. O, həmçinin gender məsələləri üzrə mütəxəssis rolunu icra edərək qadın narçı fermerlər üçün biznes idarəçiliyi sahəsində ixtisaslaşdırılmış təlimlərin keçirilməsinə cavabdehdir.

Vəzifələr

• Kənd yerlərində məsləhət xidmətləri mütəxəssislərini öz vəzifələrini tələb edilən qaydada yerinə yetirmək üçün təlimatlandırmaq və idarə etmək;
• Potensialın inkişafı və biliklərin artırılması üzrə təşəbbüslər göstərmək, tədarük-satış kanalları haqqında məlumatları araşdırıb fermerlərə ötürmək;
• Görülən məsləhət xidmətlərini təkmilləşdirmək üçün məlumatları toplayıb təhlil etmək, benefisiarların məmnuniyyəti öyrənmək üçün sorğu keçirmək;
• Təcrübə ilə bölüşmək, təlim materialını hazırlamaq və nəzərdən keçirmək, təlim logistikası ilə məşğul olmaq;
• Layihənin bütün mərhələlərində gender inteqrasiyası ilə bağlı potensialın artırılması səylərində koordinasiya dəstəyi göstərmək;
• Digər məsləhətçilərlə sıx işləyərək layihənin gender bərabərliyi və qadınların imkanlarının artırılması komponentlərini icra etmək;
• Gender bərabərliyi, qadınların hüquqları və imkanlarının artırılmasına dair bilik mübadiləsi və təcrübələrin yayılmasını təmin etmək;
• Yerli dəstək qruplarının işini yoxlamaq üçün kəndlərə və digər rayonlara səfər etmək;
• Kənd yerlərində məsləhət xidmətləri mütəxəssislərindən həftəlik hesabatlar alıb təhlik edərək aylıq hesabatlar hazırlamaq;
• Layihənin gedişi barədə hesabatın hazırlanmasında iştirak etmək;
• Yerli qida tanıtımı komponenti üçün çap materiallarının hazırlanmasında iştirak etmək.

Tələblər

• İqtisadiyyat, satınalma, təchizat, biznesin idarə edilməsi, və ya kommersiya üzrə universitet diplomu;
• Kənd təsərrüfatı məhsullarının təchizatı və ya istehsalı sahəsində ən azı 10 il iş təcrübəsi;
• Gender məsələləri ilə bağlı layihələrdə təcrübə;
• Digərlərini təlim etmək bacarığı;
• Güclü ünsiyyət, təşkilatçılıq və idarəçilik bacarığı;
• MS Office (Word, Excel, Power Point) istifadə etmək bacarığı;
• Kəndlərə və digər rayonlara səfər etmək imkanı.

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində “Məsləhət xidmətləri üzrə konsultant - Gender məsələləri üzrə mütəxəssis” yazmaqla göndərmələri xahiş olunur.