Aqrar istehsal və aqronomiya üzrə məsləhətçi

İşin təsviri

Vəzifələr:

• İllik iş planına uyğun olaraq layihə vəzifələrinin səmərəli icrası, yerli dəstək qrupları və xidmət təminatçıları ilə koordinasiyanın təmin edilməsi, dövlət orqanları ilə işin qurulması;
• Yerlərdə fəaliyyət göstərən aqronomların işinin koordinasiyası;
• Yerlərdə fəaliyyət göstərən aqronomlardan həftəlik fəaliyyət hesabatlarının alınması, məlumatların təhlili əsasında Layihə Meneceri üçün aylıq hesabatların hazırlanması;
• Yerli dəstək qrupları və kiçik fermerlər üçün təlimlərin təşkil edilməsi;
• Müvafiq təlim materiallarının hazırlanması;
• Aqronomların işini yoxlamaq və onlara yardım etmək üçün mütəmadi olaraq 7 rayona (fəaliyyət ərazilərinə) səfərlərin edilməsi;
• Layihənin gedişi barədə hesabatın hazırlanmasında iştirak etmək;
• Layihənin “yerli qidanın təşviqi komponenti” üçün çap materiallarının hazırlanmasında iştirak etmək.

Tələblər:

• Aqronomluq, aqrokimya, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik sahələri üzrə universitet diplomu;
• Aqronomluq, aqrobiznes, kənd təsərrüfatı iqtisadiyyatı, qida sistemləri sahəsində ən azı 10 il müddətində müvafiq iş təcrübəsi;
• Digərlərini təlim etmək bacarığı;
• Güclü ünsiyyət, təşkilatçılıq və idarəçilik bacarığı;
• MS Office (Word, Excel, Power Point) istifadə etmək bacarığı;
• Kəndlərə və digər rayonlara səfər etmək imkanı.

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində “Aqrar istehsal və aqronomiya üzrə məsləhətçi” yazmaqla göndərmələri xahiş olunur.