İnsan Resursları Əməliyyatları Şöbəsində baş mütəxəssis

  • Bizim Market
  • Elanın qoyulma tarixi: 14.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə “Şərifzadə 154 a” ünvanında “İnşaatçılar” filialı ilə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Hazırda “ Bizim Market” supermarket şəbəkəsinin 14 filialı müştərilərin ixtiyarındadır. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər siz də daimi karyera yüksəlişi və pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə bizə qoşula bilərsiniz.

İnsan Resursları Əməliyyatları Şöbəsində baş mütəxəssis.

Vəzifə üzrə tələblər

• İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək.
• İşə qəbul, işdən çıxış, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək.
• Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin filiallar üzrə qalıq məzuniyyətlərini istifadə etməsini təmin etmək.
• E-Gov hökümət portalı ilə bağlı bütün əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək
• Müvafiq dövlət qurumlarına olan hesabatlılığı təmin etmək
• Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək. .
• Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək.
• Müəssisə ilə müvafiq dövlət qurumları (məşğulluq mərkəzləri) arasında mövcud bütün münasibətlərin koordinasiyasını təmin etmək.
• Şəxsi işlərin düzgün doldurulmasını təmin etmək, şəxsi işlərin düzgün formada aparılması ilə bağlı arxivləşmə planı hazırlamaq.
• Şöbənin bütün əməliyyatlarının qeydiyyatını, statistikasını və analizlərini aparmaq, həftəlik, aylıq və illik hesabatların hazırlanmasında iştirak etmək.
• Mütəxəssis heyətin yönlədnirilməsinə və inkişafına dəstək vermək.

Namizədə olan tələblər

• Ali təhsil (İqtisadiyyat, Menecment, Biznesin idarə edilməsi və s.)
• Azərbaycan, dilində səlist yazılı və şifahi ünsiyyət qabiliyyəti ( rus və ingilis dili üstünlükdür )
• Kompüter bilikləri - MS office proqramlarında sərbəst işləmə qabiliyyəti
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini, İnzibati xətalar məcəlləsinin əmək qanunvericiliyi hissəsini və digər normativ hüquqi aktları yüksək səviyyədə bilməli. (parakəndə sahəsində təcrübə üstünlükdür)

Təminatlar:

- 5 günlük iş həftəsi. 9:00-18:00
- Nahar və telefon danışıq xərcləri şirkət tərəfindən qarşılanır.
- Əmək haqqı 1.000 – 1.500 AZN

Vakansiyaya müraciət üçün CV-ləri “İnsan Resursları Əməliyyatları Şöbəsində baş mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.