İT Sistem Administratoru

  • Sağlam Ailə
  • Elanın qoyulma tarixi: 09.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İT Sistem Administratoru

Vəzifə və Öhdəliklər:

- Əməliyyat sistemlərinin qurulmasına və işləməsinə nəzarət etmək;
- Serverlər, “Router”, “Switch”, “Storage”-ların qurulması, idarə olunması və nəzarətini həyata keçirmək;
- Sistemlərin yüksək dərəcədə balanslı və dayanıqlı işini təmin etmək;
- İnformasiya sistemlərinin və avadanlıqların mütəmadi yoxlanmasını həyata keçirmək;
- Məlumat təhlükəsizliyi üçün texniki nəzarət mexanizmlərini planlaşdırmaq və tətbiqinə nəzarət etmək;
- “Backup” sistemlərini quraşdırmaq, tələblərə əsasən uyğunlaşdıraraq nəzarəti həyata keçirmək;
- Şəbəkələrin fiziki və məntiqi strukturlarını qurmaq, İT prosedurları hazırlamaq;
- Sistemlərin statusu, uğursuzluqları, pozuntuları, aparılan profilaktik işlər və tədbirlər barədə vaxtaşırı hesabatlar hazırlamaq;
- Şirkətin İT siyasət və prosedurlarını uyğun formada işləmək;
- İT əməliyyatlarında və texniki avadanlıqlar üçün maddi məsuliyyət daşımaq;
- Vmware virtuallaşdırma sisteminin idarəedilməsini və nəzarətini həyata keçirmək;
- Birbaşa rəhbərin şifahi və yazılı göstərişlərini yerinə yetirmək

Bilik və bacarıqlar:

- İnformatika və ya riyazi sahədə ali təhsil arzu olunandır;
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;
- CISCO Router və Switch-lərinin idarə olunmasını bilmək;
- Load Balancing üzrə biliklər;
- Web Application Firewall ürzə biliklər;
- Windows Server, Linux Server, Internet Information Services (IIS) üzrə biliklər,
- MS SQL server üzrə administrativ biliklər;
- Active Directory, müxtəlif kompüter sistemləri və şəbəkələr üzrə nəzəri biliklər;
- İnternet təhlükəsizliyi və məlumatların gizlilik prinsipləri üzrə biliklər;
- Proseslərin avtomatlaşdırması üçün powershell skriptlərin yazılması və dəstəklənməsi ;
- CI/CD ürzə teorik biliklərin olması;
- MS Team Foundation Serverdə iş təcrübəsi arzu olunandır;
- Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi;
- Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilmək;
- MCSE, CCNA R&S və CCNA Security sertifikatlarının olması arzu olunandır.

İş şəraiti:

- İş günü: 6 gün (bazar-bayram günləri istirahət) ;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;
- Əməkdaşlar və ailə üzvləri üçün endirimli tibbi xidmətlər;

Müraciət etmək üçün vakansiyanın tələblərinə uyğun olan namizədlərin əmək haqqı gözləntilərini qeyd etməklə [email protected] e-mail ünvanına “İT Sistem Administratoru” başlığı ilə CV göndərməsi zəruridir.

İşəgötürənin reytinqi