Memar

İşin təsviri

Memar

Funksiyaları

 Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasına texniki rəhbərliyi həyata keçirir;
 Şəhərlərin, müəssisələrin, bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak edir4
 Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin edir4
 Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik edir;
 Layihə axtarış işlərinin aparılmasında sifarişçilərlə və subpodrat təşkilatlarla müqavilə bağlamaq üçün sənədlər hazırlayır;
 Tədqiqat axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak edir;
 Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin edir;
 Yuxan təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak edir;
 Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarət edir, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edir;
 Layihələşdirməyə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak edir;
 Yerinə yetirilmiş işlər haqqında elmi-texniki hesabatın bölmələrini tərtib edir;
 Layihələşdirmə və tikintidə olan qabaqcıl təcrübəni öyrənir;
 Səmərələşdirici təkliflərə və ixtiralara, eləcə də layihələşdirmə və tikintiyə aid olan normativ materialların layihələrinə rəy verir.

Səlahiyyətləri

- Fəaliyyətinə aid olan istənilən məlumatı tam və məhdudiyyətsiz əldə etmək (bilavasitə rəhbəri və ya idarəetmə orqanları tərəfindən tanışlığa qadağa qoyulan məlumatlardan başqa).
Məsuliyyəti Əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini pozması nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyana görə qanunvericilik, əmək müqaviləsi və lokal korporativ aktlarla müəyyən olunmuş məsuliyyət daşıyır.

Vəzifəyə olan tələblər

 Təhsil: Müvafiq sahə üzrə ali təhsil.
 Təcrübə: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı
 Kompyuter biliyi: Archicad, Autocad, 3D Max, Word, Excel və İnternetdə işləmə bacarığı.
 İdarəetmə və qərar qəbul etmə qabiliyyəti.
 Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
 Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
 Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Digər şərtlər

 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir;
 Əmək fəaliyyəti prosesində müəssisənin struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir;

Bilməlidir

 Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid rəhbərliyin qərar, sərəncam
 və göstərişlərini;
 metodiki normativ və digər rəhbər materialları;
 rayon planlaşdırılması sxemini və şəhərlərin baş planını; layihələşdirmənin metodlarını;
 layihə işlərinin təşkili və planlaşdırılmasını;
 işlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər
 tələbləri;
 şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçiril-məsində məhəlli və yerli təbii,
 iqtisadi, sosial və digər şərtləri;
 tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
 tikinti norma və qaydalarını;
 layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları,
 texniki şərtləri və digər rəhbər materialları;
 layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
 layihələşdirmə və tikinti işində qabaqcıl təcrübəni;
 əməyin, istehsalat və idarəetmənin təşkilini;
 əmək qanunvericiliyinin əsaslarını;
 əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından
 mühafizənin norma və qaydalarını.

Namizədlər cv-ləri [email protected] email ünvanına mövzuya vəzifənin adını yazılmaqla göndərə bilər.