Kiçik və orta sahibkarlıq seqmenti üçün hazırlanan məhsulların rəqəmsallaşdırılması, xidmət və proseslərin optimallaşdırılmasında kreativ yanaşmanı həyata keçirəcək, davamlı peşəkar və fərdi inkişafa can atan, yeni layihənin bir parçası olmaq istəyən bütün namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.
Görəcəyiniz işlər:
Kiçik və Orta Sahibkarlıq (SME) kateqoriyasına aid kredit məhsullarının inkişafı;
KOS (SME) kredit məhsullarının təhlilində innovativ yanaşmanın göstərilməsi;
Göstərilən xidmət səviyyəsinin artırılması və mövcüd kredit məhsullarının inkişafı üçün daimi yeni ideyaların tətbiq edilməsi;
Yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması;
Aparılan biznes proseslərin optimallaşdırılması məqsədi ilə digər əlaqəli departamentlər ilə müntəzəm şəkildə əlaqənin saxlanılması;
Bankdaxili aparılan layihələrdə koordinasiya və dəstəyin göstərilməsi
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
Peşəkar komanda ilə əməkdaşlıq
Bank sahəsində davamlı karyera inkişafı
Adekvat əmək haqqı
Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
Bizim üçün ideal namizəd:
Ali iqtisadi təhsili olan
Maliyyə təhlili və bank qanunvericiliyi ilə bağlı biliklərə sahib olan
Bank sahəsində ən az 2 il iş təcrübəsi olan; (KOS sahəsində ən az 1 il təcrübəsi olan)
KOS (SME) kredit məhsullarının inkişafı üzrə təcrübəsi olan
Analitik bacarığı olan
Yüksək səviyyədə Azərbaycan dilini və yaxşı səviyyədə İngilis və Rus dillərini bilən
Güclü kommunikativ qabiliyyətə sahib olan
Komputer və MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 30.01.2020 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "KOS (SME) Məhsullarının İnkişafı üzrə Aparıcı/Baş Mütəxəssis")
Əlavə məlumat üçün: www.ibar.az