Outgoing Specialist

İşin təsviri

Outgoing Specialist/Getmə turizm üzrə mütəxəssis

Şirkət haqqında

Vega Travel Management turizm xidmətləri sahəsində gənc, dinamik şəkildə inkişaf edən şirkətdir. Xidmətlərimiz getmə, gəlmə turizm və MICE tədbirlərinin təşkilindən ibarətdir.

Turizm peşəsinə həvəsli olan və özünü bu sahədə inkişaf etdirmək istəyən gəncləri işə dəvət edirik.

İşin təsviri

• Yeni turizm məhsullarıının hazırlanması və təbliğatı
• Təchizatçılarla əlaqələrin qurulması və müqavilələrin bağlanılması
• Turizm paketlərinin satışı
• Tanışlıq turlarında (FAM trip) və konfranslarda iştirak etmək
• Həftəlik və aylıq hesabatların tərtib olunması və s.

Namizədə olan tələblər

• Bakalavr təhsili (Azərbaycan Turizm və Menecment Universitetinin məzunlarına üstünlük verilir)
• Azərbaycan və rus dillərində səlis danışıq və yazı bacarığı, ingilis dili - orta
• Orta riyazi biliklər
• Təcrübə tələb olunmur

Əmək şəraiti

• 1 ay təlim və sınaq müddəti. Sınaq müddəti zamanı əmək haqqı ödənilmir, lakin nahar şirkət tərəfindən qarşılanır
• Sınaq müddətini uğurla keçən namizədlə rəsmi əmək müqaviləsi bağlanılır. Başlanğıc əmək haqqı 300 AZN + 10% satışlardan bonus təşkil edəcək
• İş qrafiki həftənin 5 günü, saat 10:00-19:00 (Şənbə-Bazar istirahət günləridir)

Tələblərə uyğun gələn və özünü bu sahədə sınamaq istəyən namizədlərdən xahiş olunur öz CV-lərini 2020-ci il, yanvar ayının 21-dək [email protected] email ünvanına, başlıqda “Outgoing Specialist/Getmə turizm üzrə mütəxəssis“ qeyd edərək göndərsinlər. “