Operator

  • Avrora
  • Elanın qoyulma tarixi: 25.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hörmətli Namizədlər!

“AVRORA” MMC "Operator" vakansiyanı açıq elan edir!

Vəzifə və öhdəlikləri:

• Texnoloji maşınları və avadanlıqları idarə etmək;
• İstehsalat maşınlarının axınını nizamlamaq üçün fəaliyyətə nəzarət etmək;
• Yarım avtomatik avadanlıqları və pnevmatik sistemləri idarə etmək;
• Digər istehsalat avadanlıqlarını və idarə panelini idarə etməli, istehsalat xəttini işə salır və məhsulu müşahidə edir;
• Məhsul nümunələrini və laboratoriya hesabatlarını təftiş etmək və tədarük axım dərəcələrini tənzimləmək;
• İstehsalat qeydlərini və hesabatlarını tərtib etmək;
• Müəyyən edilmiş maşınların yaxşı işlək vəziyyətdə saxlanılmalarını təmin etmək;
• Müəyyən edilmiş maşınları yaxşı sanitar vəziyyətdə saxlanmalarını təmin etmək;
• Tərtib edilmiş cədvələ uyğun olaraq istehsalatın məhsuldar olmasını təmin etmək;
• İstehsalat üçün anbardan xammalları götürmək;
• İşlətdiyi avadanlığın texniki tərəfdən saz və gigiyenik cəhətdən təmiz saxlanılması;
• İşin sonunda istifadə etdiyi avadanlığın təmizlənilməsi;
• Təhlükəsizlik və əməyin mühafizəsi iş metodlarının təlimatlandırılması.

Tələblər:

• Operator sahəsi üzrə iş stajı, orta və ya orta ixtisas təhsili;
• İstehsalatda müvafiq sahə üzrə ixtisas təlimləri keçmiş;
• Ən azı 2 il analoji iş təcrübəsi;
• Kollektivdə ünsiyyət qurma bacarığı, kollektivdə işləməyi, ola biləcək problemlər və onları həlletmə bacarığı;
• Yaş: 25-40

İş şəraiti:

• Həftədə 4 iş günü, 2 gün istirahət;
• İş vaxtı: 08:00-dan 20:00-dək;
• Nahar şirkət tərəfindən təmin olunur;
• İş yeri Hökməli (servis şirkət tərəfindən təmin olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Operator" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi